İsrailin baş naziri Binyamin Netanyahu Livanda rpeycerlərin partladılması ilə bağlı insidentlərdən sonra ilk dəfə həmvətənlərinə müraciət edərək, ölkənin şimalında təhlükəsizliyi bərpa edəcəyinə söz verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Netanyahu videomüraciətdə bildirib.
"Artıq vəd vermişəm ki, şimal sakinlərini sağ-salamat evlərinə qaytaracağıq. Biz elə də edəcəyik" , - baş nazirin dəftərxanası tərəfindən yayılan on saniyəlik müraciətində Netanyahu bildirib.
Bizim.Media