EN

"Azercell Biznes"in yeni “İnfoHUB” xidmətini təqdim edir

Müştəri xidmətləri sahəsində geniş təcrübəyə malik olan Azercell Telekom MMC tərəfdaşlarının müştəri məmnuniyyətinin artırılmasına yönəlik yeni “İnfoHUB” həllini təqdim edir.
Bu daxili platforma şirkətlərin məlumat bazasını mərkəzləşdirərək müştəri xidmətlərinin səmərəliliyini artırmaq və sorğuların cavablandırma müddətini minimuma endirmək imkanı yaradır. - Müraciətlərin operativ cavablandırılması: yeni həll məsul işçilərin lazımi məlumatlara, yenilənmələrə və prosedurlara mərkəzləşdirilmiş çıxışını təmin edir. Nəticədə, telefon mərkəzinə və ya müştəri xidmətlərinə daxil olan müraciətlər daha sürətli və dəqiq cavablandırılır, əməliyyat yükü azalır və ümumi məhsuldarlıq artır. - Mərkəzləşdirilmiş axtarış funksiyası: “InfoHUB”-ın əsas üstünlüyündən biri də platformada yerləşdirilən yeni məhsul və xidmətlər haqqında məlumatların, təlimatların real vaxt rejimində əlçatan olmasıdır. Platformanın rahat axtarış xüsusiyyəti ilə lazımi məlumatların tez bir zamanda əldə edilməsi mümkündür. - Məlumat təhlükəsizliyi: plartformada şirkət məlumatlarının məxfiliyi və təhlükəsizliyinin qorunması təmin edilir. “InfoHub” xüsusilə böyük müştəri bazasına malik şirkətlər üçün ideal dəstək vasitəsidir.

Qeyd edək ki, Azercell xidmət istifadəçilərinə abunəlik müddəti boyunca texniki dəstəyin göstərilməsini də təmin edəcək.

Chosen
80
20
buta.tv

10Sources