EN

Məhkəmə “Kristal Abşeron”nu cərimələyib

“Kristal Abşeron” Mənzil-Tikinti Kooperativinə (MTK) valyuta tənzimi qaydalarının tələblərindən birini pozma maddəsi ilə cərimə yazılıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə)  maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Hakim Abusət Qasımovun sədrliyi keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, icraata xitam verilib. 

Xatırladaq ki, valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Chosen
110
38
operativmedia.az

10Sources