ABŞ Türkiyə banklarına Rusiya ilə əməkdaşlığı davam etdirdikləri üçün mümkün sanksiyalarla bağlı xəbərdarlıq edib. Missiya.Az xəbər verir ki, bu barədə “TASS”a müsahibəsində maliyyə konsaltinq sahəsindəki mənbə bildirib .Bununla belə, o, Türkiyə bankları vasitəsilə əməliyyatların müəyyən prosedurlara uyğun olaraq mümkün olduğunu bildirib.“Bunun üçün əməliyyatların cari sanksiyaları pozmadığını təsdiqləyən sənədlər və sübutlar təqdim etmək lazımdır”,-deyə məlumatda vurğulanıb.Qeyd edək ki, bir müddət əvvəl “Aydınlıq” qəzeti Amerikanın Türkiyədəki səfirlik və konsulluqlarının nümayəndələrinin də şirkətlərə və maliyyə qurumlarına baş çəkərək, onları Rusiya ilə iş görməkdən çəkindirməyə çalışdığını və sanksiyalarla hədələdiyini yazıb.Leyla SƏMƏNDƏRMissiya.Az