EN

Dini Komitənin sədri Şəhidlər və Hacı Cavad məscidini ziyarət edib - YENİLƏNİB - FOTOLAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bu gün həmçinin Hacı Cavad məscidini ziyarət edib, burada fəaliyyət göstərən din xadimləri ilə görüşüb. SİA xəbər verir ki, Komitə sədri Azərbaycanda tarixi-mədəni irsi, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi haqqında çıxış edib.

Görüş zamanı cəmiyyətdə milli-mənəvi həmrəyliyin güclənməsi və qarşılıqlı anlaşma münasibətlərinin ahəngdar inkişafının önəminə toxunan Komitə sədri vəhdət mühitinin qorunmasında, İslamın düzgün təbliğ edilməsində din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Azərbaycanda dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərin böyük əhəmiyyətə malik olduğunu bildirən din xadimləri ölkəmizdə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, onların dövlətin qayğısı ilə əhatə edilməsindən məmnunluqlarını ifadə ediblər.

Chosen
14
5
sia.az

6Sources