EN

Məşhur tikinti şirkəti olan “Greentech Solutions” niyə cərimələndi? - SƏBƏB

"Greentech Solutions" MMC icbari sığorta müqaviləsini bağlamadığı üçün cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (İcbari sığorta müqaviləsinin bağlanmaması, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 1500 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, 2021-ci ildə yaradılan "Greentech Solutions" MMC müxtəlif təyinatlı inşaat obyektlərin layihələndirilməsi və tikintisi üzrə şirkətdir.

Chosen
13
iqtisadiyyat.az

1Sources