Counterpoint Research şirkəti bu ilin avqust ayı üzrə smartfon istehsalı ilə bağlı hesabatını təqdim edib. Məlum olub ki, 2022-ci ildən başlayaraq smartfon istehsalı mövzusunda templərini daimi şəkildə artırmış Xiaomi şirkəti Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən böyük smartfon istehsalçısı statusunu əldə edib. Counterpoint Research şirkətinin sözlərinə əsasən Xiaomi 2024-cü ilin ilk yarısı çərçivəsində ən sürətlə böyüyən brendlərdən birinə çevrilib. Keçən il ilə müqayisədə şirkətin bu ilki satışları 22% yüksəlib. Təqdim edilmiş qrafikdən də görmək olar ki, 2024-cü ilin əvvəlindən başlayaraq Apple şirkətinin smartfon təchizatı göstəriciləri aşağı düşməyə başlayıb. Nəticədə Samsung dünyanın ən böyük smartfon istehsalçısı reytinqində birinci yeri özünə geri qaytardı, Xiaomi isə avqust ayında bu reytinqin ikinci pilləsinə yüksələrək Apple şirkətini geridə qoydu.