20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olacaq.Mediaxeberleri.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib.Qeyd edilib ki, Əmək Məcəlləsində müvafiq dəyişiklik yoxdursa, Dövlət Suverenliyi Günü iş günü hesab olunur: "Əmək Məcəlləsində dəyişikliyi isə Milli Məclis edir".Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.