EN

Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verdi

Venesuela məhkəməsi Baş Prokurorluğun Argentina Prezidenti Xavyer Mileyin həbsinə order verilməsi ilə bağlı müraciətini təsdiqləyib.

hakimiyyet.az bu barədə TASS-a istinadən xəbər verir.

Bildirilir ki, order Buenos-Ayresdə olan Venesuelanın Emtrasur təyyarəsinin ABŞ tərəfindən müsadirə edilməsi ilə bağlıdır. Venesuela Baş Prokurorunun sözlərinə görə, Argentina rəhbərliyi xüsusilə ağır oğurluqda ittiham olunur.

Argentina Xarici İşlər Nazirliyi isə təyyarənin ABŞ-yə təhvil verilməsi ilə bağlı qərarın Argentina məhkəməsi tərəfindən verildiyini nəzərə alaraq, Miley ilə bağlı istintaqı əsassız adlandırıb.

19 sentyabr, 09:24

Venesuela Baş Prokurorluğu Buenos-Ayresdə olan Venesuelanın "Emtrasur" təyyarəsinin ABŞ tərəfindən müsadirə edilməsi səbəbindən Argentina Prezidenti Xavyer Mileyin həbsi üçün order tələb edib.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə Bolivar Respublikasının baş prokuroru Tarek Vilyam Saab xəbər verib.

"Baş Prokurorluq bu mövzuda ixtisaslaşmış iki prokurorun təyin edildiyini və onların müvafiq prosessual hərəkətlərə başladığını və aşağıdakı vətəndaşların - Argentina Prezidenti Xavyer Miley, prezident dəftərxanasının baş katibi Karina Miley və Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriçin həbsi üçün orderlərin rəsmiləşdirilməsi ilə məşğul olduğunu bildirir", - deyə Saab mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Venesuela Baş Prokurorluğu Mileyi və onun hökumət üzvlərini ağırlaşdırıcı hallarla oğurluqda və çirkli pulların yuyulmasında ittiham edir.

Chosen
48
8
hakimiyyet.az

10Sources