EN

Naxçıvanda yerli sahibkarların eko qablaşdırmaya  təşviq olunması istiqamətində işlərə başlanılıb

Naxçıvanda fəaliyyət göstərən yerli sahibkarların ekoloji qablaşdırmaya keçidi və AZS İSO 14001-2021 “Ətraf mühiti idarəetmə sistemləri” standartlarının tədbiqinə təşviq edilməsi diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Naxçıvan Sahibkarlar Konfederasiyası ilə birlikdə “Yaşıl dünya naminə həmrəylik ili”  çərçivəsində və COP29 tədbirlərinə uyğun olaraq sahibkarlıq subyektlərinin ekoloji qablaşdırmaya təşviq olunması məqsədi ilə tədbir keçirilib.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Xidmətindən məlumat verilib.

20-dən artıq sahibkarlıq subyektinin iştirak etdiyi tədbirdə bildirilib ki, bu gün hər bir sahibkar mövcud istehsal sahələrində yaranan tullantıların təkrar emala, eləcə də tullantısız istehsala cəlb edilməsi imkanlarının araşdırılmasını diqqətdə saxlamalıdır.

Nəzərə alınmalıdır ki, istehsalatda istifadə olunan ekoloji qablaşdırma üçün nəzərdə tutulan xammal, həm  təkrar emal edilə bilir və həmçinin  bioloji parçalana bilən olduğuna görə qablaşdırmalar üçün ideal seçimidir. O da qeyd olunub ki, ekoloji təmiz qablaşdırmaya ehtiyacı olan məhsulların müəyyənləşdirilməsi və biznes subyektlərinin bu sahədə mövcud olan beynəlxal təcrübələrə yiyələnmək və beynəlxalq, milli standartların tədbiq olunması, gələcəkdə yerli məhsulların yeni bazarlara çıxış imkanlarını da artıra bilər.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Chosen
78
5
iqtisadiyyat.az

10Sources