EN

Tahir Mirkişili: “Azərbaycanın dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin təmintçısıdır”

“Bu gün Cənubi Qafqazda, xüsusən də Azərbaycanın siyasi xəritədən silinmə təhlükəsi ilə üzləşdiyi çox mürəkkəb geosiyasi proseslərin baş verdiyi bir dönəmdə Ulu öndər Heydər Əliyevin müdrik, qətiyyətli siyasəti nəticəsində çağdaş Azərbaycanın hərtərəfli strateji inkişafının bünövrəsini qoyan “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir. “Əsrin müqaviləsi” təkcə ölkəmizin  iqtisadi cəhətdən güclənib enerji resurslarının dünya bazarına çıxarılması baxımdan deyil, eyni zamanda Azərbaycan dövlətçiliyinin üzləşdiyi təhdidlərdən xilas olaraq təhlükəsizliyinin təmin olunması,  Azərbaycanın  üzləşdiyi bütün problemlərin həllinə nail olub,  güclü və qüdrətli, dünyanın nüfuzlu, həmçinin ciddi aktor rolu oynayaraq  yeni reallıqlar yaradan dövlətlərdindən birinə çevrilməsinin əsasını qoydu.

“Əsrin müqaviləsi”nin imzalanması, həm də Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya arasında  yeni bir əməkdaşlıq formatının  yaranması baxımdan tarixi əhəmiyyət kəsb edən sənəd oldu. Azərbaycan “Əsrin müqaviləsi”ndən milli maraqlarının gələcək uzun perespektivə hesablanmış strateji inkişafının əsasını qoydu”.

Bunu  açıqlamasında deputat Tahir Mirkişili deyib.

 “Əsrin müqaviləsi”nin   nəticələrindən danışan deputat deyib ki, Azərbaycan enerji faktorundan qarşısında duran məsələləri mərhələli şəkildə düşünülmüş formada həlli etməyə başldı:
“-İlk növbədə Azərbaycan dövlətçiliyinə olan ciddi təhdidlərdən xilas olaraq siyasi sabitlik mərhələsinə qədəm qoydu.

-Azərbaycan Ermənistanın işğal siyasətinin davam etdirilməsini dayandıra bildi və yeni ordu quruculuğu prosesinə başladı.
-Siyasi sabitliyin təmin olunması ilə yanaşı, Azərbaycan qısa zamanda siyasi-iqtisadi böhrandan xilas olaraq sürətli inkişaf mərhələsinə keçdi.
-Sürətli iqtisadi  cəhətdən inkişaf etdikcə orudu quruculuğu ilə paralel olaraq hərbi qüdrətini inkişaf etdirdi. Azərbaycan  özünün hərbi-sənaye kompleksini yaratdı.
-İqtisadiyyatın şaxələnməsinə, xüsusən də enerji amilindən asılılığı azaltmaq üçün  qeyri-neft sektorunun inkişafına nail oldu.
-Azərbaycan bölgədə transmilli iqtisadi, enerji və nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edərək, həmin layihələri reallaşdırmağa başladı.
-Qlobal çağırışlara çevik reaksiya verən Azərbaycan Qərblə Şərq, Şimalla Cənub arasında  genişmiqyaslı əməkdaşlıq qovşağına çevrildi. Bunun nəticəsidir  ki, Azərbaycan enerji, iqtisadi, logistik  qovşaq rolunu oynamaqdadır.

-Azərbaycan “Əsrin müqaviləsi”ndən faydalanmaqla milli maraqlarının təmin edilməsinə  və geosiyasi prosesləri öz  xeyrinə dəyişməyi  bacardı.
-Azərbaycan geosiyasi prosesləri öz xeyrinə dəyişməklə  dünyada ən mürəkkəb  münaqişələrdən biri hesab edilən Ermənistan-Azərbaycan münaqişəsini öz xeyrinə həll edə bildi. Azərbaycan ərazi bütövlüyünü təmin edib, suverenliyini bərpa etdi. Azərbaycan 200 ildən artıq dünya güclərinin  Cənubi Qafqazdakı “erməni kartı” layihəsini iflasa uğratmaqla çıxarmaqla  erməni separatizminin kökünü kəsmiş oldu. Bununla da 30 il əvvəl imzalanan “Əsrin müqaviləsi” 30 il sonra Azərbaycan üçün əsrin qələbəsi ilə nəticələndi. Azərbaycan 30 illik dövrdə qarşısında duran ən çətin problemlərin həllinə nail olub, yeni  dövrün başlanğıcına qədəm qoydu. 20 sentyabr 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”indən 30 il sonra 20 sentyabr 2024-cü ildə Azərbaycanın Suverenliyi Günü elan edildi”.
Tahir Mirkişili əlavə edib ki, cənab Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan hər zaman olduğu kimi, növbəti mərhələdə də   qlobal çağırışlara  çevik siyasi reaksiya verməklə  yeni strateji inkişaf  xəritəsini müəyyənləşdirib və bu istiqamətdə də ciddi uğurlara imza atmaqdadır:

“Bu gün  dünyada  gedən geosiyasi mübarizələrin əsas tərkib hissələrindən biri logistik marşurutlara nəzarət uğrundadır. Azərbaycan  necə ki, 30 il əvvəl enerji  və enerji dəhlizləri sahəsində ciddi oyunçu rolunda çıxış edib Avropanın enerji arxitekturasının etibarlı şəkildə təmin olunmasında öz töhfəsini verdisə, logistik sahədə də ciddi oyunçu rolunda çıxış etməyi qarşısına hədəf qoyaraq  hədəfinə nail olub. Bunun nəticəsidir ki, Azərbaycan istər Qərblə Şərq arasındakı Orta Dəlizin imkanlarını  daha da  genişləndirməklə, istərsə də Şimalla Cənub arasında  nəqliyyat dəhlizində ciddi  uğurlu oyunçu  rolunda çıxış etməklə Avrasiya coğrafiyasının yeni logistik marşrutunu xəritəsini müəyyənləşdirməkdədir.

Azərbaycanın qarşısında duran əsas hədəfi isə  “yaşıl enerji” sahəsində beynəlxalq aləmdə ciddi aktor rolunda çıxış etməkdir ki, bu istiqamətdə də artıq uğurlara imza atmaqdadır. Hədəf təkcə Azərbaycan özünün  “yaşıl enerji” və “yaşıl iqtisadiyyat”dakı potensialından deyil, eyni zamanda Cənubi Qafqaz bölgəsinin, Mərkəzi Asiya və digər bölgələrin bu sahədəki potensialından faydalanmaqla  Orta Dəhlizi  həm də “yaşıl enerji” dəhlizinə çevirməkdir. Azərbaycan bu sahədə də əsas qovşaq rolunu oynamağı qarşısına hədəf qoyub və əminəm ki, cənab Prezident İlham Əliyevin liderliyi altında  bu  istiqamətdə də uğurlara, qələbələrə imza atılacaq. COP 29 Zirvə toplantısı da bu məqsədlərə xidmət edir. Artıq dünya ölkələri, xüsusən də  inkişaf etmiş ölkələr bu sahədə Azərbaycanla əməkdaşlıq etməkdə və bu sahəyə sərmayələr qoymaqda maraqlıdır. Ümumiyyətlə Azərbaycan “yaşıl enerji” məsələsində Qlobal Şimalla Qlobal Cənub arasında  qovşaq rolunu oynamaq iddiasını  ortaya qoyub və  ölkəmiz üzərinə götürdüyü bu missiyanı da uğurla həyata keçirəcək.
Bir sözlə Azərbaycanın  gələcək strateji hədəfi dünyada dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin  təmin olunub sıx əməkdaşlıq formatlarının yaranmasına nail olunmasına öz ciddi töhfəsini verməkdir. Yekun hədəf isə Azərbaycanın sosial rifah ölkəsinə çevrilməsidir.  İnanıram və əminəm ki, cənab Prezident İlham Əliyevin liderili altında Azərbaycan bu  istiqamətdə ciddi uğurlara imza atacaq”.

Chosen
110
50
xalq.az

10Sources