İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Şamaxı, Ağsu və Qobustan rayon sakinlərinin müraciətlərini dinləyib.
Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında baş tutan tədbirdən əvvəl qonaqlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun iştirakı ilə keçirilən qəbulda müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Mənbə: AZƏRTAC