Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin vitse-prezidenti Kamala Harrisi qarşıdan gələn prezident seçkilərində dəstəkləməsi ilə bağlı sözlərini zarafat adlandırıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bu barədə "Sky News Arabia" telekanalına müsahibəsində bildirib.
"Rusiya Prezidenti Vladimir Putin zarafat edib. Onun yaxşı yumor hissi var", - diplomat vurğulayıb.
Lavrov qeyd edib ki, Rusiya lideri ictimai çıxışlar zamanı dəfələrlə zarafatlara əl atır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun