EN

QAİ-nin nümayəndəsi BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində qayıdış hüququ mövzusunda tədbirdə çıxış edib

Bakı. Trend:

BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində"Qayıdış hüququndan istifadə - sülh və barışıq üçün mühüm stimulkimi" mövzusunda tədbir keçirilib.

BMT-nin üzv dövlətlərinin və çoxsaylı qeyri-hökuməttəşkilatlarının iştirak etdiyi tədbirə beynəlxalq ekspertVentseslav Sabev moderatorluq edib.

Tədbirdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəkibölməsində və digər beynəlxalq təşkilatlar yanında daiminümayəndəsi Qalib İsrafilov, Beynəlxalq Humanitar Hüquq və İnsanHüquqları üzrə Cenevrə Akademiyasının professoru Evgeniya Duss, Su,Ətraf mühit və Sağlamlıqla bağlı Qlobal institutun rəhbəri NidalSalim və Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və QərbiAzərbaycan Televiziyası şöbəsinin müdiri və sözçüsü ÜlviyyəZülfiqar çıxış ediblər.

Bu barədə Trend-ə İcmadan məlumat verilib.

Tədbirin moderatoru, beynəlxalq ekspert Ventseslav Sabev,qayıdış hüququnun beynəlxalq prinsiplərin ayrılmaz hissəsi olduğunuqeyd edərək, tədbirin mövzusunun aktuallığından danışıb.

Səfir Q. İsrafilov, Azərbaycanın dövlətlərarası sülh vəbarışığın tərəfdarı olduğunu və insan hüquqlarına dair bütünbeynəlxalq hüquq normalarına və prinsiplərinə sadiq qaldığınıbildirib.

Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları üzrə CenevrəAkademiyasının professoru Evgeniya Duss, qayıdış hüququ,qaçqınların və məcburi köçkünlərin əsas hüquqları barədə məlumatverərək, bu hüquqların danılmaz olduğunu və həyata keçirilməsininvacibliyini diqqətə çatdırıb.

Su, Ətraf mühit və Sağlamlıqla bağlı Qlobal institutun rəhbəriNidal Salim çıxışında qaçqınların hüquqları ilə bağlı fundamentalməsələlərə toxundu, qayıdış hüququnun bu münaqişələrdən əziyyətçəkən bütün əhali təbəqələrinə tətbiq edilməli olunduğunubildirib.

Qərbi Azərbaycan İcmasının nümayəndəsi Ülviyyə Zülfiqarçıxışında azərbaycanlıların vaxtilə mütləq əksəriyyəti təşkiletdikləri Ermənistan ərazisindən zorla qovulmasının tarixi haqqındaməlumat verərək, deportasiyaların ağrılı nəticələrinin hələ dəaradan qaldırılmadığını vurğulayıb.

Ülviyyə Zülfiqar, Qərbi Azərbaycan İcmasının Ermənistan hökumətiilə qayıdış mövzusunda dialoqa başlamaq üçün dəfələrlə etdiyicəhdlərin cavabsız qaldığını qeyd edib. Bunun əvəzinə,Ermənistandan azərbaycanlıların qayıdış hüququnu şübhə altına alanbəyanatların eşidildiyini bildirib.

"Ermənistan hökuməti evlərimizi, müqəddəs yerlərimizi ziyarətetməyimizə belə mane olur. Biz beynəlxalq ictimaiyyətin, xüsusilədə Birləşmiş Millətlər Təşkilatının insan hüquqları institutlarınındəstəyinə ümid edirik. Bu dəstək çox vacibdir, çünki Ermənistanınevlərimizə qayıtmağımıza törətdiyi maneələri aradan qaldırmaq üçüntəkcə İcmanın səyləri kifayət etmir," deyə əlavə edib.

İcma rəsmisi, BMT-nin insan hüquqları qurumlarını, o cümlədən,xüsusi məruzəçiləri, Ermənistandan qovulmuş azərbaycanlılarınhüquqlarının pozulması, xüsusilə onların qayıdış hüquqlarının inkaredilməsi hallarının aradan qaldırılması üçün hesabatlar hazırlamağavə digər lazımitədbirlər görməyə çağırıb.

Tədbir zamanı Ermənistan nümayəndəsi çıxış edib. O, Ermənistanın“hər bir köçkün və qaçqının öz evinə qayıtmaq hüququnudəstəklədiyini” bildirib. Ermənistan nümayəndəsi Qərbi Azərbaycanifadəsini Ermənistana qarşı ərazi iddiası kimi təqdim etməyə cəhdedib.

Cavabında Ülviyyə Zülfiqar Qərbi Azərbaycan İcmasının adınıntarixi və coğrafi faktlara əsaslandığını və Ermənistandan qovulmuşazərbaycanlıların qayıdış hüququ olduğunu qeyd edərək vurğulamışdırki, QHT olaraq Qərbi Azərbaycan İcmasının hər hansı dövlətə qarşıərazi iddiası ola bilməz. Sözçü həmçinin, Qərbi Azərbaycan İcmasıtərəfindən Ermənistan Baş nazirinə dialoq müraciətləriünvanlandığını xatırladıb.

Daimi nümayəndə Səfir Qalib İsrafilov qeyd edib ki, Ermənistanınnümayəndəsinin qayıdış hüququnu tanıdıqlarını deməsini qeydə alır -lakin əsas sual ondan ibarətdir ki, Ermənistan hökumətiazərbaycanlıların qayıdış hüququnu təmin etməyə hazırdırmı.

Tədbir digər iştirakçıların verdikləri suallar ilə interaktivşəkildə davam edib.

QAİ-nin
QAİ-nin
QAİ-nin
Chosen
112
5
az.trend.az

6Sources