EN

İsrailli bloger Ermənistana buraxılmayıb

İsrailli bloger Aleksandr Lapşin Ermənistana buraxılmayıb.

Korrespondent.az xəbər verir ki, Lapşin və həyat yoldaşı İrəvanın "Zvartnots" Aeroportunda sərhədçilər tərəfindən saxlanılıblar. Ona Ermənistana girişin qadağan olduğu bildirilib.

Lapşin sosial mediada açıqlamasında bildirib ki, sərhədçilər onun pasportunu alıblar və Aeroportdakı polis bölməsinə getməsini deyiblər. Lakin o, polis bölməsinə getməkdən imtina edib. Pasportunu isə hələlik qaytarmayıblar.

Saxlanma səbəbi barədə hələlik rəsmi açıqlama yoxdur.

Chosen
117
17
korrespondent.az

10Sources