EN

Qəbələdə kamera orkestrinin konserti olub

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Kamera Orkestrinin Qəbələ Rayon Mədəniyyət Mərkəzində konsert proqramı keçirilib.

“İki sahil” xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli, baş dirijoru Əməkdar artist Fuad İbrahimov olan Bakı Kamera Orkestrinin təqdim etdiyi konsert Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə adını yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümünə həsr olunub.

Kamera musiqisi axşamında tamaşaçılar Xalq artistləri Yeganə Axundova (piano) və Gülnaz İsmayılova (soprano), Nəzrin Aslanlı (violin), Mahir Tağızadə (bariton), Qəmər Kərimlinin (violin) ifasında Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini dinləyiblər. Konsert proqramı musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

Chosen
13
2
ikisahil.az

3Sources