EN

34 il əvvəl indiki kimi məşhur idi

Son günlər Livanın paytaxtı Beyrutda peycerlərdə baş verən partlayışlar bu qurğuların nə üçün istifadə edildiyini bir daha gündəmə gətirib. Hətta bəzi beynəlxalq nəşrlər cihazların tərkibinə əvvəldən partlayıcı yerləşdirildiyi barədə məlumatlar yayıb.

“Qafqazinfo”nun məlumatına görə, peycerlər 1990-cı illərin əvvəlində özünün populyarlıq zirvəsinə çatıb.

Həmin zamanlarda bütün dünyada 60 milyondan çox peycer istifadə olunub. 

Livanda baş verən son hadisələr zamanı ünsiyyət qurğusu 34 il əvvəlki populyarlığını yenidən bərpa edə bilib.

Cihaz tezlik diapazonunda simsiz əlaqə yaratmaq üçün istifadə olunan vasitədir.  

İnternet və ya GPS bağlantısı olmadığı üçün bu da qurğular informasiya baxımından daha təhlükəsizdir.

Başqa adla səs siqnalı kimi də tanınan peycer, əsasən batareya ilə işləyən kiçik radio qəbuledicisidir.

Belə ki, müvafiq siqnal qəbul edildikdə cihaz işə düşür (səsli və ya titrəyir) rəqəmsal mesajı göstərir.

ABŞ-də hələ də təxminən 2 milyona yaxın peycer istifadə olunmaqdadır.

Çoxları onu yalnız hərbçilər və polislərin rabitə cihazı olduğunu zənn etsə də, cihaz digər sahələrdə də istifadə üçün əlçatandır.

Bu, insanlar üçün təcili mesajlaşmada etibarlı, sərfəli üsul kimi mühüm vasitədir.

Bundan əlavə, peycerlər mobil telefonlara istifadənin qadağan olunduğu məkanlarda da istifadə olunur. Məsələn, yüksək mühafizə olunan hökumət binalarında mobil telefonlara icazə verilmir. Amma siz bu rabitə vasitələri ilə istənilən məkana gedə bilərsiniz.

Onların özünün də bəzi növləri mövcuddur: təktərəfli rəqəmsal növ ən sadə və ucuzudur. Bunlar yalnız telefondan yığılmış nömrələri qəbul edə və göstərə bilir.

İkitərəfli peycerlər də mahiyyət etibarilə eyni işi yerinə yetirir, lakin vizual olaraq daha çox cib telefonuna bənzəyir, onlar həmçinin proqramlaşdırılıbsa, e-poçt və ya mətn mesajı vasitəsilə göndərilən mesajlara da cavab verə bilir.

Hazırladı: Telli Minbir

Chosen
41
3
qafqazinfo.az

4Sources