İranın altı əyalətində İsrailə casusluq etməkdə şübhəli bilinən 12 nəfərlik şəbəkə üzvü həbs edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" “RadioaFərda”ya istinadən xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Qvardiyası bildirib.
Məlumata görə, həmin şəbəkə “İran xalqının təhlükəsizliyini təhdid edən fəaliyyət göstərməkdə” şübhəli bilinirlər.