EN

Ehtiram Quliyevin AFFA-nın prezidenti olmaq istəyi -“Turan”ı bu şəxsə görə “vururlar”: VİDEO

«Turan Tovuz» bir həftədən çoxdur gündəmin mərkəzinə yerləşib. Premyer Liqaya əla start verən, turnir cədvəlinin başına keçən komanda iki turdur ki, kənar təsirlərin əlində əsir-yesirə çevrilib. «Sabah»la səfər qarşılaşmasında sayılmayan qələbə qolu, həmin qolu vuran Roderik Millerin «Araz-Naxçıvan»la Tovuzdakı matçda başına gələnlər, doğrudan da, başgicəlləndiricidir. Masazırda başla fərqlənmiş panamalı müdafiəçinin üzünə dəyən təpiyin «müəllif»i isə Ramon Maçadodur. Braziliyalı hücumçunun 14-cü dəqiqədə yol verdiyi hərəkətin «mükafat»ı qırmızı vərəqə olmalıydı, Elçin Məsiyevin cibindən yalnız sarı kart çıxdı.
Şübhəsiz, əgər «Araz» matçında əvvəlində 1 nəfər azlıqda qalsaydı, sonrakı gedişat tam fərqli alına bilərdi. «Turan» ərazi və say üstünlüyündən yararlanaraq, uğurlu çıxışını davam etdirəcəkdi. FİFA referisinin birmənalı qarşılanmayan qərarı oyunun «çarx»ını büsbütün qərb təmsilçisinin əleyhinə çevirdi, yekunda 1:2 hesablı məğlubiyyət rəsmiləşdi.
Bilindiyi kimi, AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Premyer Liqanın 7-ci turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” matçındakı qalmaqallı epizodu artıq şərh edib. Belçikalı funksioner hakimin doğru qərar verdiyini bildirib.
Sitat:
“Maçado ayağının ucu ilə “Turan Tovuz”un oyunçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir. Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir. Təlimatlara əsasən, “Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik. O, ayağının ucu (butsun altı ilə deyil) ilə müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da, “Araz-Naxçıvan”ın oyunçusunun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil”.
Bu, ört-basdırdır. Yeni sədr verdiyi açıqlama ilə yalnız hakimini qorumur. O, eyni zamanda, AFFA rəhbərliyinin təlimatını yerinə yetirir.
Frank De Bleker nə deyir, özü üçün deyir. Biz gördüklərimizə, izlədiyimiz kadrlara inanırıq, Son hadisə isə özlüyündə bizə çox şey deyir. Məsələn, deyir və əminlik yaradır ki, «Turan Tovuz»un əleyhinə kampaniya aparılır. Daha doğrusu, 2 il öncə başlayan kampaniya davam etdirilir. «Turan» ötən müddətdə dəfələrlə, bəlkə də onlarla belə qərəzli qərarlarla üzləşib. Biz ölü, siz diri - bu kimi neqativ olaylar hələ çox gələcək «Turan»ın başına. Ovaxtadək ki, ta Ehtiram Quliyev əlini klubun üzərindən çəkəcək, futbol təsərrüfatı ilə birdəfəlik vidalaşacaq, bir də arxasınca baxmayacaq.
Bütün bu hoqqabazlıqlar iş adamının əlini futboldan soyutmaq, futboldan küsdürmək, uğursuz persona olaraq tanıtmaq və gözdən salmaq məqsədi daşıyır. AFFA-nın çalışdığı, «öldüyü» yalnız bunun üçündür.
Ona görə ki, Ehtiram Quliyevin yalnız «Turan»la kifayətlənmək istəmədiyi barədə qulaqlarına söz-söhbət çatıb. Klubun İdarə Heyətinin sədrinin AFFA-nın özünə iddia etməsinə dair xəbərlər onların yuxusunu çoxdan qaçırıb. Əksəriyyət gözləyirdi ki, Quliyev apreldə İcraiyyə Komitəsinə üzv seçiləcək. Ondan qabaq da belə informasiyalar dolaşırdı ki, biznesmen federasiyanın prezidenti olmaq iddiasındadır. Rövnəq Abdullayev gedib, Rövşən Nəcəf gəlsə də, bu tip məlumatların «quyu»su hələ qurumayıb. AFFA-da narahatdırlar ki, Quliyev «Turan»da uğur qazanmaqla həm ictimaiyyətin rəğbətini qazanar, həm də yuxarı dairələrdən güclü dəstək alar və qurum günlərin birində ona tapşırılar.
«Turan Tovuz»un üzləşdiyi qalmaqalların kökündə yalnız bu nüans dayanır - bir zəhmət, qoy, hamı bunu bilsin, agah olsun. Ayxan Abbasov ilyarım bu gərginliyin mənfi təsirlərini özünün və komandasının üzərində hiss etdi, indi də Kurban Berdiyev. Hakimlər dönə-dönə bdalaq gəlməsəydi, «Turan» Abbasovla avrokuboklara vəsiqə qazanacaqdı, basıb gözünü çıxartdılar. Berdiyev bundan da betər olaylara hazır olsun, görəcəyi günlər qabaqdadır, hələ nə görüb ki..?

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Chosen
55
sportinfo.az

1Sources