Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkiyan ilə görüşüb.Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, görüş ABŞ-nin Nyu-York şəhərindəki “Türkevi”ndə baş tutub.
Sabah isə Türkiyə liderinin Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında çıxış edəcəyi gözlənilir.