EN

Bu ölkə ruslara və belaruslara sanksiya tətbiq edib

Yeni Zelandiya Rusiya və Belarusa qarşı yeni sanksiyalar paketini tətbiq edib. Bu barədə ölkənin xarici işlər naziri məlumat verib.  
 
"Ukraynada Zaporojye Atom Elektrik Stansiyasının Rusiya tərəfindən davam edən qanunsuz işğalı nüvə təhlükəsizliyini təhdid edir. Yeni Zelandiya yenidən Rusiyanı Zaporojye Atom Elektrik Stansiyasının işğalına son qoymağa və dərhal Ukrayna ərazisindən çıxmağa çağırır”, - məlumatda deyilir. 

Peters həmçinin əlavə edib ki, Belarus subyektlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi Rusiyanın hərəkətlərini dəstəkləyənləri "məsuliyyətə cəlb etməyə” yönəlmiş beynəlxalq tərəfdaşlarla birgə səylərin bir hissəsidir.

Nazirlik vurğulayıb ki, yeni sanksiyalar paketinə beş fiziki və altı hüquqi şəxsə qarşı tədbirlər daxildir.

Mayda Yeni Zelandiya 27 Rusiya vətəndaşına, o cümlədən xüsusi hərbi əməliyyat üzrə işçi qrupunun üzvlərinə, həmçinin on rus şirkətinə qarşı sanksiya tətbiq edib.
 
Aytac 

www.anews.az
Chosen
178
3
anews.az

4Sources