EN

Zelenski: 'Müharibənin sonu çoxlarının düşündüyündən daha yaxındır'

ABŞ-də səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 23-də ABC telekanalına müsahibəsində deyib ki, Rusiyanın başlatdığı müharibənin sonu “çoxlarının düşündüyündən daha yaxındır”. Müsahibənin tam versiyası sentyabrın 24-də yayımlanacaq. Telekanal müsahibədən bəzi hissələri anons olaraq yayıb. Ukrayna prezidenti deyir ki, onun sentyabrın 26-da ABŞ prezidenti Co Baydenə (Joe Biden) təqdim edəcəyi “qələbə planı”nın hədəfi Ukraynanı gücləndirməkdir: “Məhz buna görə dostlardan, müttəfiqlərdən bizi gücləndirməyi xahiş edirik. Bu çox vacibdir”. “Fikrimcə, biz sülhə çoxlarının düşündüyündən daha yaxınıq. Biz müharibənin sonuna yaxınıq”, – Zelenski əlavə edib. “Qələbə planı”na Rusiya ilə danışıqlar daxildirmi”, “o, Rusiyaya inanmağa hazırdırmı” suallarına cavabında Ukrayna prezidenti vurğulayıb ki, sülh planı Rusiya ilə danışıqlar barədə deyil. Onun təkliflərinin mahiyyəti Ukraynanı gücləndirməkdir. “Biz yalnız güc mövqeyindən Putini diplomatiya vasitəsilə sülhə tərəf itələyə bilərik”, – Zelenski söyləyib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Kursk vilayətində apardığı hərbi əməliyyatdan qorxuya düşüb, çünki rusiyalılar görüblər ki, o, öz ölkəsinin ərazisini müdafiə edə bilmir. Zelenski sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edəcək. Onun “Böyük yeddilik”, eləcə də Qlobal Cənub liderləri ilə görüşləri planlaşdırılıb. Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı təcavüzkar müharibəyə başlayıb. AzadlıqRadiosu

Chosen
12
1
xural.com

3Sources