EN

Bu gün hava necə olacaq

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasındaDəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq.Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək.Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.Azərbaycanın rayonlarındaƏsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-17° isti olacaq.GUNDEMXEBER.AZ

Chosen
8
49
gundemxeber.az

10Sources