EN

Fransa parlamenti Makronun istefası təşəbbüsünü nəzərdən keçirə bilər


Oktyabrın 2-də Fransa Milli Assambleyasının Qanunvericilik Məsələləri Komitəsi solçu “İtaətsiz Fransa” partiyasının Fransa Prezidenti Emmanuel Makronun hakimiyyətdən kənarlaşdırılması ilə bağlı qətnamənin müzakirəyə təqdim edilməsi təşəbbüsünü nəzərdən keçirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Franceinfo” radiostansiyası partiyanın bu qətnamə üzrə məruzəçisinə istinadən məlumat yayıb.
Radiostansiya qeyd edir ki, mətni 81 deputat, o cümlədən “İtaətsiz Fransa” partiyasından olan 72 deputat imzalasa da, reallıqda qətnamənin uğurlu qəbulu şansı azdır.
Bildrilir ki, hətta qətnamə aşağı palatada səsvermə mərhələsinə çatsa belə, Sosialist Partiyasının nümayəndələri – “Yeni Xalq Cəbhəsi” sol koalisiyasında “İtaətsiz Fransa”-nın müttəfiqləri artıq belə bir addıma qarşı çıxıblar. Sənəd Milli Assambleyada səslərin üçdə ikisi ilə qəbul olunarsa, o, Senatda səsvermə yolu ilə keçəcək, daha sonra iki palatanın birgə səsverməsi baş tutacaq. Proses uzun sürəcək və dəstəklənəcəyi zəmanəti uzaqdır.
Qeyd edək ki, solçuların qətnaməsi avqustun 31-də Milli Assambleyanın Bürosuna təqdim edilib. Bu, Fransa Prezidenti Emmanuel Makronun ölkə konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq hakimiyyətdən uzaqlaşdırılması prosedurunun başlanmasını nəzərdə tutur ki, bu da onun öz vəzifələrini yerinə yetirməməsi halında belə bir ssenariyə yol verir. Bu, parlamentin qəbul etdiyi qanunların təsdiqindən imtinaya da aiddir.
Chosen
67
46
yeniavaz.com

10Sources