EN

“Bu hadisə Çini yavaşladacaq”

Dənizdə ABŞ və müttəfiqləri üzərində üstünlük əldə etmək istəyən Çinin ən son texnologiyaya malik yeni nüvə sualtı qayığının batdığı iddia edilib.

Həm öz yerli media orqanlarına, həm də İngiltərədə yerləşən “Reuters” xəbər agentliyinə danışan ABŞ rəsmiləri hadisənin may və ya iyun aylarında bütün dünyada “Covid-19” pandemiyası ilə tanınan Vuhan şəhəri yaxınlığındakı Vuçanq gəmiqayırma zavodunda baş verdiyini iddia edirlər.

Pekin rəhbərliyinin gizlətməyə çalışdığı hadisənin peyklərin göndərdiyi fotoşəkillərlə üzə çıxdığı bildirilir. Ölənlər və yaralananlar barədə hələlik dəqiq məlumat yoxdur.

Xəbəri ilk dəfə dünyaya elan edən “Wall Street Journal”a danışan ekspertlər batan sualtı qayıqda nüvə yanacağının olmasının mümkün olduğunu bildiriblər.

Amerika rəsmiləri bildirirlər ki, çinlilərin dənizdə və onun ətrafında radiasiya nəzarəti apardığına dair heç bir əlamət yoxdur.

Xilas edilən sualtı qayığın təmir olunaraq yenidən dənizə buraxılması üçün aylar lazım olduğu bildirilir.

Çinin yeni nəsil nüvə sualtı proqramının ilk məhsulu olaraq diqqət çəkən Jou sinifli sualtı qayıq, daha yaxşı manevr imkanı təmin edən “X” formalı arxa tərəfi ilə analoqlarından fərqlənir.

Hadisə ilə bağlı Çin Xalq Azadlıq Ordusundan hələlik heç bir açıqlama verilməyib.

Əvvəllər ABŞ ordusunun sualtı qayıqlarında işləyən və hazırda Yeni Amerika Təhlükəsizliyi Mərkəzində beyin mərkəzində çalışan Tomas Şuqart peykdən alınan görüntülərdə üzən kranların nizamsız şəkildə hərəkət etdiyini görəndə regionda qeyri-adi hadisənin baş verdiyini düşünüb.

Hadisəni ilk görən qərbli Şuqart sualtı qəza ehtimalının onun ağlına gəldiyini, lakin bunun nüvə enerjisi ilə işləyən dəniz gəmisi olduğunu düşünmədiyini bildirib: “Təsəvvür edirsiniz ki, ABŞ-ın nüvə sualtı qayığı San Dieqoda batdı və administrasiya bunu hamıdan gizlədib?”

ABŞ ordusunun adı açıqlanmayan rəsmiləri də Çin ordusunun səriştəsi və hesabatlılığı ilə bağlı müzakirələrə başlayıb.

Pentaqonun verdiyi məlumata görə, 2022-ci ilə qədər Çinin 6 nüvə ballistik raket sualtı qayığı, 6 nüvə hücum sualtı qayığı və 48 dizel mühərrikli hücum sualtı qayığı var idi.

Pekinin ümumi sualtı sayının 2025-ci ildə 65-ə, 2035-ci ildə isə 80-ə yüksələcəyi gözlənilir.

ABŞ Çinin bu donanmanı genişləndirməklə mübahisəli Cənubi Çin dənizində üstünlük əldə etməyə çalışdığını vurğulayır.

ABŞ Hərbi Dəniz Qüvvələrində 53 sürətli hücum, 14 ballistik raket və 4 idarə olunan raket sualtı qayığı var ki, bunların hamısı nüvə enerjisi ilə işləyir.

Vaşinqtonda yerləşən “Heritage Foundation” analitik mərkəzinin əməkdaşı Brent Sadler deyir: “Yeni gəmiqayırma zavodunda tikilmiş yeni nüvə sualtı qayığının batması Çinin nüvə sualtı donanmasını genişləndirmək planlarını ləngitəcək. Bu, əlamətdar hadisədir”.

Chosen
74
vaxt.az

1Sources