EN

Dollarla bağlı VACİB XƏBƏR: Ölkədə dollar satışı sistemi dəyişir? 

Bir müddət əvvəl bankların dollar satışından imtina etməsi ilə bağlı məlumatlar yayılmışdı. Bu xəbərdən bir müddət sonra isə Mərkəzi Bankın dollar satışı edəcəyi ilə bağlı xəbərlər yayıldı.


Bu məlumatlarla bağlı iqtisadçı-ekspert Akif Nəsirli Referans.az-a açıqlamasında danışıb.




“Əgər Mərkəzi Bank özü dollar satışa çıxararsa, çox güman ki, elan olunmuş kursa uyğun olaraq bunu edə bilər. Amma Mərkəzi Bankın belə bir addım atmasına o qədər də ciddi ehtiyac yoxdur. Çünki kommersiya bankları dollara olan təlabatı hərraclar vasitəsilə ödəyir. Ola bilsin ki, Mərkəzi Bank artıq kommersiya banklarına etibar etmir. Hesab edir ki, kommersiya bankları özlərinə dollar bazası formalaşdırır. Belə neqativ halların aradan qaldırılması məqsədilə ola bilsin ki, hərracları azaldıb özü dollar satışına başlayacaq”.


Ekspert qeyd edib ki, Mərkəzi Bank əgər limitsiz dollar satışına başlasa, banklar ondan bir vətəndaş kimi də dollar alıb özünə ehtiyyat yarada bilər.


“Azərbaycanda külli miqdarda dolları sadə vətəndaşlar almır. Sadə vətəndaşlar uzağı 2-3 min, maksimum 10 min dollar. Əsas külli miqdarda dollar alan xaricdən məhsul idxal edən sahibkarlardır. Çünki onlar məhsulu xaricdən dollar ödəməklə gətirə bilirlər. Buna görə də əsas təlabatı yaradan da bu sahibkarlardır”.


Akif Nəsirli deyib ki, ölkədə idxal artdıqca dollara təlabat da onun düz mütənasib olaraq artmaqdadır.

 

Fidan Vəlisoy

 

Chosen
51
2
referans.az

3Sources