Ararat Mirzoyan BMT Baş Assambleyası çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşünü boykot edib.Bu barədə Ermənistan mediası məlumat yayıb.Xatırladaq ki, iyunun 21-də Qazaxıstanın paytaxtı Almatıda keçirilən KTMT-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında da Ermənistan təmsilçisi iştirak etməyib.2024-cü ilin fevralında Ermənistan KTMT-yə üzvlüyünün dondurulduğunu elan edib və sonradan təşkilata üzvlük haqqını ödəməkdən imtina edib. İyunun 12-də baş nazir Nikol Paşinyan Milli Assambleyada çıxışı zamanı Ermənistanın gələcəkdə KTMT-dən çıxacağını istisna etməyib.Gundemxeber.az