EN

Kefiniz yoxdur, yorğunsunuz?

Orta miqdarda ədviyyatlı yemək əhvalınızı yaxşılaşdıra bilər, lakin ədviyyatlı yeməklərdən həddən artıq istifadə mədə-bağırsaq traktının yanmasına da səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu barədə qastroenteroloq Yekaterina Girenko "Gazeta.Ru"ya danışıb.

“Beyin yanma hissini zərərli kimi qəbul edir və sevinc hormonları olan endorfin istehsal etmək üçün siqnal göndərir. Bundan əlavə, bəzi insanlar yanma hissi zirvəsində həzz alır, bəziləri isə dayandıqda həzz alır. Elə bir nəzəriyyə də var ki, ədviyyatlı yeməkdən sevinc hissi qan dövranının artması və əhval-ruhiyyə mexanizmlərinin tənzimlənməsində iştirak edən serotonin və norepinefrin ifrazı hesabına baş verir”, - deyə həkim bildirib.

Həkim vurğulayıb ki, bibər, ədviyyatlar (məsələn, xardal) və digər kəskin qidalar yerli istiləşmə və ağrıkəsici kimi istifadə olunur, lakin onların elmi cəhətdən sübut edilmiş effektivliyi yoxdur.

Chosen
151
44
publika.az

10Sources