İsraillə böhranın diplomatik həldən başqa yolu yoxdur.
Bizim.Media xəbər verir ki, bunu Livanın baş naziri Nacib Mikati Beyrutda mətbuat konfransında bəyan edib.
O deyib ki, Livanın cənubunda münaqişə tərəfləri BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin yerinə yetirilməsinə qayıtmasını qaçılmaz edir:
“Bu qətnamə 2006-cı ildə müharibəyə son qoyub. Qan axması davam etməməlidir. Livan üçün böhranın diplomatiyadan başqa həll variantı yoxdur. Biz razılaşmaya gedəcəyik, Livan Ordusu da qarşıya qoyulan missiyasını yerinə yetirməyə hazırdır”.
Bizim.Media