EN

Milli Məclisdə 15 komitənin üzvləri seçildi

Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasının gündəliyində 17 məsələ olub.

Musavat.com xəbər verir ki, həmin məsələlər aşağıdakılardır:

1. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi haqqında.

2. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin seçilməsi haqqında.

3. Milli Məclisin İnsan hüquqları komitəsi üzvlərinin seçilməsi haqqında.

4. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvlərinin seçilməsi haqqında.

5. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvlərinin seçilməsi haqqında.

6. Milli Məclisin Aqrar siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.

7. Milli Məclisin Əmək və sosial siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.

8. Milli Məclisin Səhiyyə komitəsi üzvlərinin seçilməsi haqqında.

9. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi üzvlərinin seçilməsi haqqında.

10. Milli Məclisin Gənclər və idman komitəsi üzvlərinin seçilməsi haqqında.

11. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin seçilməsi haqqında.

12. Milli Məclisin Regional məsələlər komitəsi üzvlərinin seçilməsi haqqında.

13. Milli Məclisin Elm və təhsil komitəsi üzvlərinin seçilməsi haqqında.

14. Milli Məclisin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqında.

15. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqında.

16. Milli Məclisin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında.

17. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında.

Milli Məclis ilk 15 məsələni, komitə üzvlərinin təqdiqlənməsini səsvermə ilə təsdiqləyib. Sədr Sahibə Qafarova komitə üzvlərini təbrik edib, uğurlar. Bildirib ki, artıq komitələr tam gücü ilə fəaliyyətə başlaya bilər.

E.Paşasoy,
Musavat.com

Chosen
46
49
musavat.com

10Sources