Azərbaycan Kubokunun 2024/25 mövsümünün final mərhələsinin hansı tarixdə keçiriləcəyi dəqiqləşib.
Həlledici matç 1 iyun tarixində keçiriləcək.
Turnir 12 oktyabrda start götürəcək.
Birinci təsnifat mərhələsində İkinci Liqa klubları mübarizə aparacaq.
İkinci təsnifat mərhələsindən qaliblərə Birinci Liqa və Premyer Liqa klubları da qoşulacaq.
1/8 final mərhələsi daxil qaliblər 1 görüşün sonunda məlum olacaq.
1/4 final mərhələsindən isə ev -səfər oyunları prinsipi qüvvəyə minəcək.
Ümumilikdə 34 klub Azərbaycan Kuboku uğurunda mübarizəyə qoşulacaq.
Maraq üçün bildirək ki, 34 klubdan 25-i bölgələri təmsil edir.
XANOĞLAN/ SPORTİNFO.AZ