EN

Azərbaycan kubokunun püşkü atılıb

Azərbaycan kubokunda 2024/25 mövsümünün püşkü atılıb.

İdman.biz xəbər verir ki, mərasim “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında baş tutub.

Azərbaycan kubokunun 2024/25 mövsümündə 34 komanda iştirak edəcək. Oktyabrın 12-13-də keçiriləcək I təsnifat mərhələsində II Liqanın 14 klubu mübarizə aparacaq.

Misli Premyer Liqasının 5, I Liqanın 10 klubu yarışa II təsnifat mərhələsindən başlayacaq. Ötən mövsümün 5 ən yaxşısı isə 1/8 finalı gözləyəcək.

Qeyd edək ki, kubokun sahibi 2025-ci il iyunun 1-də bəlli olacaq.

l təsnifat mərhələsi (12-13 oktyabr 2024-cü il)
1. “Lerik” – “Ağdaş”
2. “Şəfa” – “Saatlı-Araz”
3. “Göygöl” – “Hypers”
4. “Şimal” – “Qusar”
5. “Sahdağ Qusar” – “Kür-Araz”
6. “Sheki Siti” - “Şəmkir”
7. “Dinamo” – “Füzuli”

İdman.biz

Chosen
40
5
idman.biz

5Sources