EN

Azərbaycanda abortların sayı sürətlə ARTIR - STATİSTİKA

Azərbaycanda son illərdə 2000-ci illərlə müqayisədə abortların sayında sürətli artımın olduğu görünür.

Gundem.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 15-49 yaşlı hər 1000 qadına 2000-2010-cu illər aralığında düşən abortların sayı 7,8-dən 9,9-a yüksəldiyi halda, 2011-2020-ci illərdə 14,3-ə, 2021-2023-cü illərdə 27,9-a yüksəlib.

Xüsusən, son 3 ildə abortların sayında kəskin artım müşahidə edilir.

Abortların sayı 2021-ci ildə 17,9-a, 2022-ci ildə 22,1-ə, 2023-cü ildə isə 27,9-a çatıb. Cəmi 3 il ərzində abortların sayı təxminən 2 dəfə artıb.

Chosen
13
1
gundem.az

2Sources