Cəlilabadda küçədə yaşayan 4 azyaşlı sığınacağa verildi
Cəlilabadda küçədə yaşayan dörd azyaşlı uşaq sığınacağına verilib.BUTA.TVReport-a istinadən xəbər verir ki, onlar Cəlilabad Rayon Məhkəməsinin qərarı əsasında, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə sözügedən mərkəzə yerləşdirilib. Uşaqların ehtiyacları qarşılanıb və azyaşlılar həkimlər tərəfindən ilkin qiymətləndirilib.