EN

Burak Yılmaz istefa verdi

Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Burak Yılmaz istefa verib.

“Qafqazinfo” “NTV Spor”a istinadən xəbər verir ki, o, Superliqanın VII turunda doğma meydanda “Beşiktaş”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra bu qərarı verib.

39 yaşlı mütəxəssis bu ilin yanvar ayında Kayseri təmsilçisinin “sükanı arxası”na keçib. Klub Yılmazın rəhbərliyi altında 21 matçda 3 qələbə, 10 heç-heçə və 8 məğlubiyyət yaşayıb.

Qeyd edək ki, “Kayserispor” turnir cədvəlində 3 xalla 17-ci sırada yer alıb.

Xatırladaq ki, Burak Yılmaz məşqçilik karyerasına “Beşiktaş”da başlayıb. 

 

Chosen
69
7
qafqazinfo.az

8Sources