EN

Vüqar Rəhimzadə və Samir Vəliyev vəzifəsindən azad edilib

Vüqar Gəncəli oğlu Rəhimzadə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının, Samir Əhməd oğlu Vəliyev isə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri vəzifəsindən azad olunub.

Bu barədə məsələyə YAP İdarə Heyətinin iclasında baxılıb.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu məsələ partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin tələblərindən irəli gəlir. Hər iki şəxs Milli Məclisin deputatı seçildiyi üçün rayon təşkilatının sədri vəzifəsindən azad olunmalıdırlar. Tahir Budaqov hər iki şəxsə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Chosen
84
15
azia.az

10Sources