EN

Qazaxıstanda KTMT-nin sülhməramlı təlimləri başlayıb

Qazaxıstanda Alma-Ata vilayətindəki Bereq poliqonunda “Sarsılmaz Qardaşlıq 2024” sülhməramlı təlimlərinin aktiv mərhələsi başlayıb.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, komanda qərargah təlimlərində Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərbi kontingentləri iştirak edir.

Təlimlər oktyabrın 1-dən 5-dək davam edəcək.

Təlimlər zamanı böhran zonasında münaqişədən sonra həlli üçün sülhməramlı əməliyyat və humanitar yardımın göstərilməsi məşq ediləcək. Ümumilikdə təlimlərə 2000-dən çox hərbi qulluqçu, 500 ədəd zirehli və avtomobil texnikası, Mi-17, Mi-35 helikopterləri, İl-76 və Si-295 təyyarələri, pilotsuz uçuş aparatları cəlb olunub.

Chosen
49
operativmedia.az

1Sources