EN

Mal-qarasını itirən sahibkarlar necə ödəniş ala bilərlər?

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə, kənd təsərrüfatı heyvanlarını, iri buynuzlu və xırda buynuzlu mal-qaranı müxtəlif risklərdən, o cümlədən vəhşi heyvnaların hücumu nəticəsində dəyən zərərdən sığortalamaq olar. 

Banker.az bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir.

Heyvanların sığortası südlük və ətlik mal qara, yəni inək və danalar, eləcə də xırda buynuzlu heyvanlar, yəni qoyum və keçi təsərrüfatlarını əhatə edir. 

Aqrar sığorta heyvanları yoluxucu xəstəliklər, ilan və həşərat sancması, zəhərli ot və yemdən, kimyəvi maddələrdən zəhərlənmə, təbii fəlakətlər, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, soyğunçuluq və quldurluq halları nəticəsində dəymiş zərərlərdən qoruyur. 

Göründüyü kimi, sığorta risklərinin siyahısına vəhşi heyvanların hücumu da daxildir. Yəni bu hadisədə nəticəsində dəyən zərərə görə də ödəniş nəzərdə tutulub. 

Sığorta haqqına isə 50 faizlik dövlət dəstəyi mövcuddur, başqa sözlə,  heyvanların sığortası zamanı, hesablanmış sığorta haqqının yarısını dövlət ödəyir, fermer isə sığorta haqqının yalnız 50 faizini ödəyir, nəticədə cüzi ödənişlə təsərrüfatını sığorta edə bilir. Sığorta haqqı heyvanın qiymətinə əsasən hesablanır, sığorta tarifi 5,2-8,2% arasında dəyişir. 

Belə ki, 300 manatlıq qoyun və ya keçinin illik sığortası 8-12 manat, 1000 manatlıq mal-qaranın sığorta haqqı isə 26-41 manat arasındadır. 2000 manatlıq inək üçün sığorta haqqı 52-82 manat arasında dəyişir. Fermer bu məbləği ödəməklə heyvanın 1 il müddətində sığorta əldə edə bilər. 

Hadisə baş verərsə, yəni məsələn, vəhşi heyvanların hücumu nəticəsində heyvan tələdlf olarsa, heyvanın qiymətinin 90 faizi qədər ödəniş edilir. Məsələn 300 manatlıq qoyun tələf olarsa fermerə 270 manat, 2000 manatlıq inək tələf olduqda isə 1800 manat ödəniş edilir. 

Chosen
17
5
banker.az

9Sources