EN

Burak Yılmaz istefa verib

Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Burak Yılmaz istefa verib.

Apasport.az xəbər verir ki, o, Super Liqanın VII turunda doğma meydanda “Beşiktaş”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra bu qərarı açıqlayıb.

39 yaşlı mütəxəssis bu ilin yanvar ayında Kayseri təmsilçisinin “sükanı arxası”na keçib. Klub Yılmazın rəhbərliyi altında 21 matçda 3 qələbə, 10 heç-heçə və 8 məğlubiyyət yaşayıb.

Qeyd edək ki, Burak Yılmaz məşqçilik karyerasına “Beşiktaş”da başlayıb. Şenol Güneşin gedişindən sonra təyinat alan Yılmaz 5 matçda komandaya rəhbərlik edib, "ağ-qaralar" bu görüşlərdə 4 məğlubiyyət və 1 qələbə qazanıb.

Orxan Məmmədov yığmanın üzvləri ilə görüşüb

"Ordu" heyətini ukraynalı basketbolçu ilə gücləndirib

"Qəbələ"nin yeni transferi: "Özümü vətənimdəki kimi hiss edirəm"

Gimnastlarımız Sankt-Peterburqda 4 medal qazanıblar

PFL rəsmisi: "Superkubok aktual müzakirə mövzusu deyil"

Chosen
18
7
apasport.az

8Sources