EN

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək -

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək -

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və onların müavinlərinin ardınca komitələrin üzvləri də seçilib. Dünən həm də parlamentarlara deputat vəsiqələri də təqdim olunub.Modern.az-ın məlumatına görə, yaxın günlərdə Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər də veriləcək.VII çağırış Milli Məclisin 15 komitəsi formalaşdırılıb. Komitə sədrləri aşağıdakı deputatlar seçilib:- İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - Azər Əmiraslanov- Elm və təhsil komitəsi - Anar İskəndərov- Regional məsələlər komitəsi - Siyavuş Novruzov- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi - Arzu Nağıyev- İnsan hüquqları komitəsi - Zahid Oruc- Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi - Sadiq Qurbanov- Aqrar siyasət komitəsi - Tahir Rzayev- Əmək və sosial siyasət komitəsi - Musa Quliyev- Mədəniyyət komitəsi - Polad Bülbüloğlu- Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi - Səməd Seyidov- Səhiyyə komitəsi - Əhliman Əmiraslanov- Ailə, qadın və uşaq məsələləri komitəsi - Hicran Hüseynova- Gənclər və idman komitəsi - Şahin İsmayılov- İctimai birliklər və dini qurumlar komitəsi - Fazil Mustafa- Hüquq siyasəti və dövlət quruculuğu - Əli Hüseynli. Qeyd edək ki, VI çağırışda komitə sədrləri "Mercedes E 300” markalı avtomobillərdən istifadə ediblər. Bu çağırışda da onlara həmin markadan olan maşınlarla təmin olunacağı gözlənilir.

Chosen
104
49
afn.az

10Sources