EN

ABŞ-də "Helene" qasırğası nəticəsində ölənlərin sayı 133-ü ötüb

 

ABŞ-nin Florida ştatının sahil zolağına çatan “Helene” qasırğasının törətdiyi fəlakətlər nəticəsində ölkənin cənub-şərq əyalətlərində ölənlərin sayı 133-ü keçib.Missiya.Az xəbər verir ki, Florida sahillərini təxminən 225 kilometr sürətlə vuran Helene qasırğasının bölgədə mənfi təsirləri davam edir.Daxili Təhlükəsizlik Nazirliyinin Federal Fövqəladə Hallar İdarəsi Agentliyinin (FEMA) səlahiyyətliləri Helene qasırğasının yaratdığı fəlakətlər səbəbiylə 1000-dən çox insanın sığınacaqlarda qaldığını açıqlayıb.Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin bu həftə qasırğadan zərər çəkmiş bölgələrə səfər edəcəyi gözlənilir.Leyla SƏMƏNDƏRMissiya.Az

 

Chosen
11
2
missiya.az

5Sources