EN

80 yaşlı qadın gözəllik yarışmasında finalçı oldu -VİDEO

Cənubi Koreyada təqaüdçü qadın gözəllik müsabiqəsinin finalına çıxıb. Bu barədə Oddity Central məlumat yayıb. 

Qeyd edilib ki, Cənubi Koreyadan olan Çoi Sun Hva adlı 80 yaşlı qadın milli gözəllik müsabiqəsinin finalçısı olub: "Təqaüdçü deyir ki, əvvəlcə müsabiqəyə ərizə verməyi planlaşdırmayıb. Lakin təşkilatçılar iştirak qaydalarını dəyişdikdən sonra o, bu fürsətdən yararlanmağa qərar verib".

Məlumata görə, yaşlı nənənin artıq podiumda gəzmək təcrübəsi də olub.  Koreyalı qadın uzun müddətdir ki, modellik biznesi ilə məşğuldur.

"Özümə dedim ki, bura qəbul olunub-olunmamağımdan asılı olmayaraq cəhd etməliyəm", - o qeyd edib.


Tural

Chosen
17
1
news365.az

3Sources