Azərbaycan Səudiyyə Ərəbistanında Ticarət Evi açmaq istəyir
"Səudiyyə Ərəbistanın Ər-Riyad və yaxud Ciddə şəhərində Azərbaycan Ticarət Evinin açılması gündəmdə olan məsələlərdən biridir".
Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə Biznes Şurasının Bakıda keçirilən 5-ci iclasında bildirib.
"Bu istiqamətdə aidiyyəti qurumlar işləri davam etdirir. Son illər ölkələr arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir", - deyə o qeyd edib.