EN

Umar Sole “Udineze”də - Rəsmi

Bu yay Avstriyanın “Zalsburq” klubundan azad agent kimi ayrılmış fransalı mərkəz müdafiəçisi Umar Sole “Udineze”yə keçib.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

24 yaşlı futbolçu A Seriyası təmsilçisinə azad agent statusunda keçib. Onunla 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb. Lakin Sole yeni komandasında 2025-ci ilin yanvarından tez çıxış edə bilməyəcək.

Əslən Mərkəzi Afrika Respublikasından olan Umar Sole Fransada dünyaya göz açıb. O, futbola “Laval” klubunda başlayıb, daha sonra Lion “Olimpik”ində çıxış edib. “Zalsburq” Soleni 2020-ci ilin iyul ayında Lion “Olimpik”indən 4,5 milyon avroya transfer etmişdi. O, “Zalsburq”dan bu ilin sentyabr ayında azad agent kimi ayrılmışdı.

Müdafiəçi “Zalsburq”un heyətində 106 oyuna çıxıb. O, bu oyunlarda 4 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Sole karyerası ərzində bütövlükdə 169 oyuna çıxaraq 6 qol vurub və 9 qolun ötürməsini edib. O, Fransanın U-17, U-18, U-19 və U-20 yığmalarında da forma geyinib.

“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Chosen
42
arena.az

1Sources