EN

5 və 6 oktyabr tarixlərində Bakı-Ağstafa-Bakı üzrə əlavə qatar reysləri təyin edildi

(®) Azərbaycan Dəmir Yolları (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 5 və 6 oktyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

 Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərsiniz.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Chosen
10
49
marja.az

10Sources