EN

“Türkiyə S-400 sistemini satmaq üçün Rusiyadan icazə almalıdır” - Lavrov

“Türkiyə “S-400 zenit-raket kompleksləri” sistemini satmağa qərar verərsə, Rusiyadan icazə almalıdır.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva və Ankara arasında imzalanmış “S-400 zenit-raket kompleksləri” müqaviləsini şərh edərkən deyib.

O, bildirib ki, müqavilənin şərtlərinə görə, Türkiyə bu sistemi satacağı təqdirdə, satışdan əvvəl Rusiyadan razılıq almalıdır.

“Türkiyəyə məxsus S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı heç bir şərh yoxdur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təcrübəli dövlət xadimidir və millətinin xeyrinə olacaq qərarlar verir. Silah alqı-satqısı müqaviləsində son istifadəçi sertifikatı adlı əlavə var. Bu sertifikatla malı alan ölkə, alınan silahlarla başqa hər hansı bir iş görmək üçün satan ölkədən lazımi icazələri almalıdır”, - deyə Lavrov vurğulayıb.

 

 

Daşqın HəsənovMissiya.Az

Chosen
21
missiya.az

1Sources