EN

İranın müdafiə naziri: “Hələ modern raketlərdən istifadə olunmayıb”

İranın

“İran İsrailə hücum edərkən raket potensialının yalnız bir hissəsini göstərdi və yəhudi dövlətindən yeni təhlükə yaranacağı təqdirdə bütün imkanlarını ortaya qoymağa hazırdır”.

Reyting.az
xəbər verir ki, bunu İslam Respublikasının müdafiə naziri, general-mayor Əziz Nəsirzadə deyib.

“İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) raket əməliyyatı bizim raket potensialımızın yalnız bir hissəsini göstərdi və onun digər komponenti olan yüksək texnologiyalı və modern raketlərdən istifadə olunmadı”, - deyə Nəsirzadə IRIB TV-də bildirib.



“Əgər sionist rejim (İsrail – red.) yeni tədbirlər görsə, biz daha müxtəlif silahlardan istifadə edəcəyik. Bölgədə müharibə başlasa, biz daha intensiv hərəkət edəcəyik”, - deyə nazir əlavə edib.

ELÇİN
Chosen
12
3
reyting.az

4Sources