EN

Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ

Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada və xuliqanlıqda təqsirləndirilən Sabir Fələliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sabir Fələliyev 3 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhrum edilib.

İttihama görə, hadisə 16 yanvar 2023-cü il tarixdə, saat 14 radələrində Qərbi Kaspi Universitetinin Kollecində qeydə alınıb.

Belə ki, həmin kollecin Meşə və park ixtisasının 3-cü kurs tələbəsi olmuş Sabir Fələliyev sərxoş vəziyyətdə təhsil ocağına gəlib. Həmin gün də kollecdə imtahan təşkil edilib. Bu zaman Qərbi Kaspi Universitetinin Tələbə Məlumat Mərkəzinin şöbə müdiri vəzifəsində işləyən, kollecdə tədris və imtahan prosesinin təşkil olunması ilə bağlı komissiyanın üzvü Urfan Səmədov (soyadı şərti) təqsirləndirilən şəxsə irad bildirərək imtahana maneçilik törətdiyini deyib. Sonra həmin şəxslər kollecin direktor vəzifəsini müvəqqəti icra edən Ziyəddin Musayevin iş otağına gediblər. Mübahisə zamanı Sabir baş zərbəsi ilə Urfan Səmədovun burun nahiyəsindən vuraraq, sındırıb.

Hadisədən sonra Sabir Fələliyev saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Chosen
59
6
seher.media

6Sources