EN

İranın Baş Qərargah rəisi: İsrailə qarşı hərbi aktivlik Haniyənin qətlinə cavabdır

“İsrailə qarşı hərbi aktivlik HAMAS lideri İsmail Haniyə və digərlərinin qətlinə cavab xarakteri daşıyır”.

APA-nın ISNA-ya istinadən xəbərinə görə, İran Ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqeri belə deyib.

O qeyd edib ki, hərbi aviasiyanın həyata keçirdiyi adekvat tədbirlər nəticəsində MOSSAD-ın İsrail ərazisindəki obyektlərindən biri, eləcə də üç nəhəng aviabaza hədəfə alınıb.

Bu hərbi obyektlərdən biri şəxsi heyəti “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahın qətlində iştirak edən “Hatzerim” aviabazası olub.

Chosen
134
8
apa.az

9Sources