EN

Tehran, ABŞ və İsrailin birgə "raket şousu" - hədəf Türkiyədir

İran ən nəhayətində uzun müddətdən bəri İsrailə qarşı vəd etdiyi gözlənilən hücumu reallaşdırdı. Amma necə?Birincisi, bu hücum İranın son aylarda dəyən imicini kompensasiya etmək, cavab vermək gücünə malik gücün qadir ölkə olduğunu "sübut edən" əvvəlcədən tərəflər arasında razılaşdırılmış adekvat cavab idi.Çünki hələ HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın İsrailə sərt reaksiya verəcəyini bəyan etsə də, Qərb ölkələri, hətta Tehranın müttəfiqi olan Moskva və Pekin də İranı bu addımdan geri çəkilməklə bağlı təzyiq etdi. Hətta bildirildi ki, hücum olarsa, o zaman mülki obyektlər, insanlar deyil, hərbi obyektləri hədəf alınsın. Bunun üçün ötən dövrün dünya mediasına nəzər salmaq yetər.Əgər bu razılaşdırılmamış hücum deyildisə, necə ola bilər ki, ABŞ və İsrail bu əməliyyatdan saatlar öncə xəbərdar idi. Yəqin Tehran hücumla bağlı Ağ Evi məlumatlandırıb və ABŞ-də öz növbəsində İsraili baş verəcəklə bağlı tədbirli olmağı xəbərdar edib. Ona görə də, İranın atdığı yüzlərlə raketindən ancaq çox az sayda raket İsrail ərazisinə düşdü. Nəticə heç də Tehranın bəyan etdiyi kimi dəhşətli bir sonluqla yekunlaşmadı.İkincisi, İranın İsrailə qarşı bu hücumu adekvat cavab yox, əslində, bir hərbi şou idi. Bəli, bu, gecə saatlarında səmada İsrailə istiqamətlənmiş raketlərin "rəqsi" və hərbi şou idi, başqa bir şey deyildi. Tehranın bu raket şousu insanların içində son bir ildə İsrailin Qəzzada, Livanda törətdiyi vəhşiliklərə, beynəlxalq aləmin ədalətsizliyə göz yummasına qarşı formalaşan qəzəbini, nifrətini sıfırlamağa xidmət etdi. Bununla da Tehran növbəti dəfə İsrailin və Qərbin "əlinə oynadı". Tehranın təkcə Yaxın Şərqdə deyil, Cənubi Qafqazda və digər bölgələrdə Qərblə, İsraillə, ermənilərlə, bir sözlə müsəlman və türklərə düşmən olan qüvvələrlə birgə pərdəarxası oyunları hamıya bəllidir. Qərb və İsrail Yaxın Şərqdəki planlarını İranla birgə pərdəarxası oyunlari ilə həyata keçirməkdədir. Son onilliklərdə Yaxın Şərqdə baş verən proseslərə, münaqişələrə nəzər yetirmək kifayət edər. Bu planlar birgə pərdəarxası əməkdaşlıq nəticəsində İranın Yaxın Şərqdəki proksi gücləri və digər qüvvələrin əli ilə bölgədə böhranlar yaradılır, ölkələr paraçalanır. Bu yolla Qərb və İsrail mərhələ-mərhələ Yaxın Şərqdə planlaşdırdığı hədəflərə doğru irəliləyir. Hədəf yaxın Şərqi yenidən dizayn edilməsidir. Nəzərdə tutulan utopik məkrli planda ərəb ölkələri ilə yanaşı, Türkiyənin siyasi xəritəsində dəyişiklik edilməsi, parçalanması var. İran da bu oyunun reallaşmasında yer alan ölkədir. Qərb, İsrail və İran arasındakı razılamaya əsasən Tehran bu oyundan minimal ərazi itkisi ilə çıxmasıdır. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə parlamentində çıxışında bölgədə baş verən hadisələrə toxunaraq bəyan etdi ki, Fələstin və Livandan sonra növbəti hədəf Türkiyədir. Ümumiyyətlə prezident Ərdoğan dəfələrlə bəyan edib ki, Fələstin Anadolunun müdafiə qalası və qırmızı xəttidir. Çünki Qərb və İsrail Fələstin və Livanda istəyinə nail olduqdan sonra növbəti mərhələdə hədəf Türkiyə olacaq. Artıq uzun müddətdir Qərb və İsrail Türkiyənin milli təhlükəsizlik sisteminə ciddi təhdid yaradan məkrli planlar qurub bunun reallaşmasına cəhd edirlər. Bu məqsədlə ilkin olaraq Suriya ərazisində Türkiyə ilə sərhəddə PYD/YPG terrorçu dövlətinin qurulmasına cəhdlər ediləcək. Onu da qeyd etmək lazımdır ki, Tehran da bu planın həyata keçməsində Qərb və İsraillə eyni cəbhədə çıxış edir. Ümumiyyətlə Tehran Yaxın Şərqdə Türkiyə əleyhinə oyunlarda aktiv iştirak edən ölkə sırasındadır. Ankara da bunun fərqindədir və dəfələrlə bununla bağlı narahatlığını və etirazını Tehranın diqqətinə çatdırıb. Qərb və İsrail bölgədə bəzi ölkələrdə planlarını reallaşdıra bilər, amma Türkiyə ilə bağlı planlarını reallaşdırması bir utopiya olaraq qalacaq. Çünki Türkiyə Yaxın Şərqdə istənilən gücün məkrli oyunun poza biləcək gücə malikdir. Bundan əlavə olaraq prosesləri görən Türkiyə baş verə biləcək hadisələrin qarşısını almaq istiqamətində preventiv addımlar atmqdadır.Ankara ilk olaraq Tükiyənin güclü dövlət olması siyasi, iqtisadi və hərbi cəhətdən güclü ölkə olmaq yolunu seçəkər bu istiqamətdə uğurlu addımlar atmaqdadır. Son illərdə Türkiyənin hərbi sənaye sisteminin sürətlə inkişafı bu plana xidmət edir. İkincisi, aktiv diplomatik fəaliyyət və geosiyasi oyunlarda ciddi oyunçu rolunda çıxış etməklə Türkiyənin milli təhlükəsizlik sisteminə gözlənilən təhdidləri zərərsizləşdirmək yolunu seçib. Ankara ciddi qlobal oyunçuya çevrilmək üçün çoxvektorlu siyasət yürütmək taktikasını seçib. Bununla Türkiyə nəinki özünə qarşı yönələn təhdidlərin qarşısını almağa, o cümlədən bölgədə sabitlyin bərqərar olmasında böyük gücə malik ölkə rolunda çıxış etməkdədir.MürtəzaÖlkə.Az

Chosen
76
50
dia-az.info

10Sources